21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə cəlb olunan Mustafa Kamara yığmaya faydalı olacaq.
QOL.az-ın “Report"a istinadən yaydığı məlumata görə, bunu U-21-in baş məşqçisi Rəşad Eyyubov jurnalistlərə açıqlamasında bildirib.
O, milli komandaya yeni dəvət olunan futbolçular barədə fikirlərini bölüşüb:
"Heyətdə yeni cəlb olunan futbolçular var. Həm əvvəlki oyunçular, həm də yeni futbolçulara ümidlər böyükdür. Bu gün Lorenzo Mezzotero ilk məşqinə çıxdı. Bir məşqlə heçnə demək olmaz. Gözləntilərimiz var. Mustafa Kamara isə sabah ilk məşqinə çıxacaq. O, bizim üçün qeyri-tipik oyunçudur. Çünki texnikası və oyun tərzi fərqlidir. Kamaranın yığma üçün faydalı olacağını düşünürəm".
Mütəxəssis Bakıda start verdikləri təlim-məşq toplanışı ilə bağlı danışıb:
"Bu gündən məşqlərə başladıq. Komandada ab-hava yaxşıdır. Hazırlığa yaxşı temlə start vermişik. İnanırıq ki, toplanışın sonuna qədər hər şey yüksək səviyyədə davam edəcək".
R.Eyyubov Türkiyədə keçirəcəkləri yoxlama oyunlarında maksimum nəticə qazanmaq istədiklərini bildirib: “Türkiyədə bizi iki yoxlama oyunu gözləyir. Lakin heç vaxt rəsmi matçlarla yoxlama görüşlərini ayırmıram. Məqsədimiz ancaq maksimum nəticə əldə etmək olacaq".
Qeyd edək ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki
Azərbaycanın U-15 millisinin dünya çempionatı üçün heyəti
Xəyal etdi, inandı, qazandı
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
“Sabah”ın U-19 komandası "Borussiya"ya uduzdu
“Real” İngiltərə klublarından 80 milyon avro tələb edir
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər
"Borussiya"nın Bakıda oteldəki məşqindən maraqlı - Video