Aleksandr Starkov: "Vobayla Flavinyonu komandamda görmək istəyirəm"

Aleksandr Starkov: "Vobayla Flavinyonu komandamda görmək istəyirəm"
ÖLKƏ FUTBOLU 24 İyun 2011 / 21:10 3653
-  A +

"Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov yeni transferlər barəsində  danışıb.  Latviyalı mütəxəssis bildirib ki, komanda yeni mövsümdə uğursuzluğu unutdurmalıdır: "Bakı" hər zaman iddialı olub. Təəssüf ki, ötən mövsüm uğursuzluğa düçar olduq. Lakin yeni sezonda nailiyyət qazanmaqla azarkeşlərimizə sevinc bəxş etməliyik. Təbii ki, ilk növbədə məqsədimiz həm çempion olmaq, həm də ölkə kubokunu qazanmaqdır. Bundan sonra isə Azərbaycanı Avropa yarışında layiqincə təmsil etmək istəyirik". Heyətin gücləndirilməsi işlərinin sürətləndirildiyini deyən Starkov, "Verpakovskis, Rubins və Parksı transfer etmək fikriniz varmı" sualını belə cavablandırıb: "Hansı məşqçi komandasında güclü futbolçu görmək istəməz?! Mən Vobayla Flavinyonu da istəyirəm. Ancaq bununla iş düzəlmir. Bilirsiniz ki, komandamıza bir neçə yeni futbolçu cəlb olunub. Bizə lazım olan bəzi yerli və legioner futbolçularla isə danışıqlar aparılır. Supertransferlər də ola bilər. Razılıq olan kimi məlumat veriləcək".

Mənbə: supersport.az

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi