"Barselona"dan yeni rekord

"Barselona"dan yeni rekord
DÜNYA FUTBOLU 18 May 2026 / 22:13 660
-  A +

“Barselona” La Liqada tarixi rekorda imza atıb.

QOL.az xəbər verir ki, “Opta”nın məlumatına görə, Kataloniya klubu 37-ci turda “Real Betis”i 3:1 hesabı ilə məğlub edərək unikal göstəriciyə nail olub.

Belə ki, Hansi Flikin komandası 38 oyunluq mövsüm formatında La Liqa tarixində evdə keçirdiyi 19 matçın hamısında qalib gələn ilk komanda olub. Əvvəlki rekord 1985/1986 mövsümündə 17 ev qələbəsi ilə “Real”a məxsus idi.

Qeyd edək ki, “Barselona” mövsümdə 37 oyundan sonra 31 qələbə, 1 heç-heçə və 5 məğlubiyyətlə çempionluğu rəsmiləşdirib.


Son xəbərlər
topaz banner