Sergen Yalçın "Beşiktaş"dan getdi

Sergen Yalçın "Beşiktaş"dan getdi
XƏBƏR 18 May 2026 / 16:14 2187
-  A +

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın vəzifəsindən ayrılıb.

QOL.az xəbər verir ki, bu haqda "TRT Spor" məlumat yayıb.

53 yaşlı mütəxəssis klub prezidenti Serdar Adalı ilə görüşüb. Bildirilib ki, həmin görüşdən sonra S.Yalçın klubdan ayrılmaq qərarına gəlib.

O, 2025-ci ilin avqust ayından bu vəzifəni yerinə yetirirdi. İstanbul təmsilçisi cari mövsüm S.Yalçının rəhbərliyi altında Superliqanı 60 xalla 4-cü pillədə başa vurub. Mütəxəssis həmçinin 2020-21-ci illərdə də "Beşiktaş"ı çalışdırıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner