"Neftçi"nin rəqibindən darmadağın

"Neftçi"nin rəqibindən darmadağın
ÖLKƏ FUTBOLU 24 İyun 2011 / 00:31 2873
-  A +

Azərbaycan çempionu "Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu yoldaşlıq görüşü keçirib. Qol.Az-ın məlumatına görə, "Dinamo" aşağı liqada yarışan "Slaviya" ilə qarşılaşıb.

Oyun zaqreblilərin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Krunoslav Yurçiçin komandası qollardan 4-ünü ilk yarıda vurub. Həmin topların müəllifləri İvan Krstanoviç (10; 37), Mehmed Alispahiç (36), Fatoş Beçiray (40) olub. Fasilədən sonra Yurçiç bütün heyəti dəyişib. Meydançaya daxil olanlar cəmi bir qol vurmağı bacarıblar. Antun Paliç (62) fərqlənib.   

"Dinamo" oyunu bu heyətlə keçirib: İvan Kelava, (Oliver Zelenika), Şime Vrsaljko (İvan Tomeçak, 46), Tonel (Ariyan Ademi, 46), Leandro Kufre (Domaqoy Vida, 46), Luis Ibanes (Antun Paliç, 46), Yerko Leko (Matias Çaqo, 46), Milan Badelj (Adrian Kalelyo, 46), Mehmed Alispahiç (Şitum), Sammir (Andrey Kramariç, 46), Fatoş Beçiray (Ante Rukavina, 46), İvan Krstanoviç (Yakub Silvestr, 46).

Qeyd edək ki, hazırda Pleternitsada olan Zaqreb komandası iki günlük istirahətdən sonra Sloveniyanın Maribor şəhərinə yollanacaq. 10 günlük hazırlıq prosesi çərçivəsində "Dinamo"nun Azərbaycan təmsilçisi "Bakı" ilə də yoldaşlıq görüşü nəzərdə tutulub. Həmin oyun iyulun 5-də olacaq.  

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi