Saşa Stamenkoviç: “Biz təsadüfi rəqib deyilik”

Saşa Stamenkoviç: “Biz təsadüfi rəqib deyilik”
ÖLKƏ FUTBOLU 23 İyun 2011 / 18:20 3161
-  A +

“Daha çox “Partizan”la qarşılaşmaq istərdim. Ancaq püşkatma qarşımıza Zaqreb “Dinamo”sunu çıxardı”. Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya mətbuatına açıqlamasında “Neftçi”nin “Srvena Zvezda”dan yeni transferi Saşa Stamenkoviç deyib.

“Srvena Zvezda”da oynamaqdan bezdiyini söyləyən təcrübəli qapıçı “Neftçi”ni Çempionlar Liqasında təsadüfi komanda hesab etmir: “Başqa komandaya keçmək istəyirdim. Çünki köhnə Yuqoslaviyadan olan klublarda oynamaqdan bezmişdim.

Ona görə də “Neftçi”ni seçdim. Bizim çox yaxşı komandamız var. Bunu qarşıdakı oyunlarda da sübut edəcəyik. Biz Çempionlar Liqasında təsadüfi rəqib deyilik”.

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi