Dambrauskas futbol tariximizə belə düşdü

Dambrauskas futbol tariximizə belə düşdü
ÖLKƏ FUTBOLU 14 May 2026 / 13:35 687
-  A +

“Sabah” 2025/26 mövsümündə “Qızıl dubl”a imza atıb.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən komanda Bizon Azərbaycan Kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “Qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir.

Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.


Son xəbərlər
13.05.26  17:53

"Napoli"dən gedir

topaz banner