İngiltərə Premyer Liqası 2026/27 mövsümündə VAR sisteminin səlahiyyətlərini genişləndirməyi planlaşdırmır.
QOL.az-ın “The Guardian” nəşrinə istinadən yaydığı məlumata görə, İngiltərə hakimlərini idarə edən PGMO qurumu klublara Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) bu ilin fevralında təsdiqlədiyi yeni VAR funksiyalarını tətbiq etməməyi tövsiyə edib.
Söhbət əsasən künc zərbələri ilə bağlı epizodların videoassistent vasitəsilə yenidən izlənilməsindən gedir.
Yeniliyin gələn aydan qüvvəyə minəcəyi və FİFA-nın istəyi ilə 2026-cı il dünya çempionatında istifadə olunacağı bildirilib. Bununla yanaşı, IFAB hər turnirə bu dəyişiklikləri tətbiq edib-etməmək qərarını müstəqil şəkildə vermək hüququ tanıyıb.
PGMO hesab edir ki, əlavə VAR yoxlamaları matçların müddətini əhəmiyyətli dərəcədə artıra və hakimlər üzərində təzyiqi daha da yüksəldə bilər. Həmçinin tez-tez yaranacaq fasilələrin televiziya tərəfdaşları və klublar arasında narazılıq doğura biləcəyindən ehtiyat edilir. Mənbənin məlumatına görə, Premyer Liqa klubları genişləndirilmiş VAR sisteminin tətbiqi ilə bağlı yekun qərarı gələn ay keçiriləcək illik iclasda verəcəklər. Əksər komandaların yeni epizodların baxış sayının artırılması ideyasını dəstəkləmədiyi vurğulanıb.
FİFA isə bu məsələdə fərqli mövqedədir. Qurumun prezidenti Canni İnfantino və Hakimlər Komitəsinin sədri Pyerluici Kollina hesab edir ki, künc zərbəsi ilə bağlı səhv qərar dünya çempionatının pley-off mərhələsində həlledici rol oynaya bilər.
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
"Barselona"nın şousu - Video
“Milan” 53 il əvvəlki nəticəsini təkrarladı
37 yaşlı Roysdan 1 oyunda 3 qol ötürməsi
"El-Klasiko" zamanı evi qarət edildi
Azərbaycan millisinin futbolçusu İtaliyada qol vurdu - Video
Milan derbisində göz oxşayan qollar - Video
“Vikinq” – “Sabah”: UEFA nə yazır?
Murad Məmmədov üçün 17 dəqiqə
“Roma”dan 5 qollu qələbə - Video
Cəlal oynadı, komandası heç-heçə etdi
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı