"Banqa" - "Qarabağ" matçının yeri və saatı açıqlandı

"Banqa" - "Qarabağ" matçının yeri və saatı açıqlandı
ÖLKƏ FUTBOLU 23 İyun 2011 / 00:01 3348
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində Litvanın "Banqa" klubu ilə "Qarabağ" arasında keçiriləcək ilk oyunun yeri və başlama saatı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, UEFA bu görüşün Qarqjday şəhərindəki eyniadlı arenada təşkilinə qərar verib.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlanacaq. Görüşü Torvaldur Arnasonun başçılıq etdiyi islandiyalı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsindəki digər təmsilçimiz AZAL Belarusun "Minsk" klubu ilə ilk görüşünü öz meydançasında keçirəcək. Bakının Şüvəlan qəsəbəsindəki "AZAL" stadionunda reallaşacaq oyun saat 20:00-da başlanacaq. Matçın baş hakimi litvalı Andris Traymanis olacaq.

Daha çox


Son xəbərlər