Elvin Məmmədov: "Bakı" mənim üçün doğma komandadır"

Elvin Məmmədov: "Bakı" mənim üçün doğma komandadır"
ÖLKƏ FUTBOLU 22 İyun 2011 / 02:05 2554
-  A +

"Yeni klubum haqqında məlumatım çoxdur. Bilirəm ki , burada gələcəyin komandası yaradılır". Qol.Az-ın məlumatına görə, bunu "Qarabağ"dan "Bakı"ya keçən Azərbaycan millisinin futbolçusu Elvin Məmmədov deyib.

O bildirib ki, “Bakı”ya gəlişində əsas məqsədi əvvəlki formasnı bərpa edərək, yeni klubuna bacardığı qədər xeyr vermək və qarşıdan gələn oyunlarda Azərbaycan milli komandasına köməklik göstərməkdir: "Arzu edirəm ki , gələcək mövsümü uğurla bitirib avrokuboklarda Azərbaycanı layiqincə təmsil edək".

Elvin Məmmədov yenicə transfer olduğu "Bakı"nı özünə doğma komanda sayır. O, komandada çoxlu futbolçu ilə tanış olduğunu söyləyib: “Bakı” mənim üçün doğma komandadır. Heyətə uyğunlaşmaq yəqin ki, çətin olmayacaq. Komandada çox futbolçularla yaxından tanışam və inanıram ki, adaptasiya dövrünü tez bir zamanda başa vuracağam".

Daha çox


Son xəbərlər