"Bilirdik ki, bizi çox çətin oyun gözləyir. "Sabah"ın nə qədər güclü komanda olduğu elə turnir cədvəlindən də görünür. Bu matça çox ciddi hazırlaşmışdıq və əsas məqsədimiz ən azı məğlub olmamaq idi. Lakin aldığımız qırmızı vərəqə oyunun gedişatına ciddi təsir göstərdi".
QOL.az xəbər verir ki, bu sözləri "Karvan-Yevlax"ın baş məşqçisi Fizuli Məmmədov Misli Premyer Liqasının 29-cu turunda "Sabah"a məğlub olduqları matçdan (0:2) sonra bildirib. Baş məşqçi məğlubiyyətə baxmayaraq futbolçularının sona qədər əzmkar mübarizə apardığını vurğulayıb:
"Sabah" kimi rəqibə qarşı tam heyətlə oynamaq çətindir, azlıqda qaldıqdan sonra isə istər-istəməz boşluqlar yarandı. Müdafiə xəttimizin və qapıçımızın inamlı çıxışı sayəsində ilk hissəni qolsuz başa vura bildik. Lakin ikinci hissədə yorğunluq və səhvlər öz sözünü dedi ki, nəticədə qapımızda qollar gördük. Buna baxmayaraq futbolçularım meydanda sonadək vuruşdular, onlara təşəkkür edirəm. Çempionat hələ davam edir, qarşıdakı oyunlara köklənib sona qədər mübarizə aparacağıq".
Mütəxəssis adətən cəsarətli oyunu ilə seçilən komandasının bu matçda daha çox müdafiəyə çəkilməsini rəqibin güclü pressinqi və taktiki gedişləri ilə əlaqələndirib:
"Rəqibi dərindən təhlil etmişdik. "Sabah" güclü pressinq tətbiq edən və topu qazandıqdan sonra dərhal təhlükəli epizodlar yaradan komandadır. Əsas hədəfimiz onlara bu imkanları verməmək idi. Hesab 0:2 olduqdan sonra rəqib də azlıqda qaldı. Buna baxmayaraq, bilirdik ki, irəli böyük qüvvə ilə atılsaq, bizi əks-hücumda asanlıqla yaxalaya bilərlər. Bu səbəbdən daha qapalı və ehtiyatlı oynamağa üstünlük verdik".
Sonda Füzuli Məmmədov qapıçının fərdi çıxışına da toxunaraq onun sabit və inamlı oyununu vurğulayıb:
"Qapıçımız təkcə bu matçda yox, ümumiyyətlə mövsüm ərzində çıxdığı bütün oyunlarda yüksək performans nümayiş etdirib".
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində
Konate "Liverpul"dan gedir
Messinin 6-cı dünya çempionatı