"Bizim üçün xoş qalibiyyət oldu. Azarkeşlərimizin qarşısında uzun müddət idi ki, qələbə qazanmırdıq. Bilirdik ki, onlar o qələbəni bizdən gözləyirdilər".
QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"ın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 29-cu turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri matçı şərh edərkən deyib. Baş məşqçi həm oyunun yüksək dinamikasından, həm də çempionatın son pillələrindəki gərgin rəqabətin turnirə qatdığı maraqdan məmnunluğunu ifadə edib:
"Maraqlı və dinamik oyun oldu. Hər iki komanda uduzmaq istəmirdi. Oyun sürətli başladı. Birinci hissədə qol epizodları oldu. İkinci hissəyə yaxşı başlamadıq. Sonradan oyunun nəzarəti bizə keçdi. Layiqli qələbə qazandıq. Komandamızı təbrik edirəm. Gələcək oyunlara baxacağıq. Bu gün çempionatda ən maraqlı komandalardan birinə çevrilə bilmişik. "Kəpəz"in aqressiv gələcəyini bilirdik. Son pillələrdə gərgin mübarizə gedir. "Karvan-Yevlax" da bizimlə oyuna final kimi yanaşırdı. Bu da çempionatımıza rəng qatır".
Mütəxəssis mövsümün sonunda komandadan ayrılması və rəhbərliyin yeni baş məşqçi seçimi ilə bağlı ondan məsləhət alıb-almadığına belə aydınlıq gətirib:
"Xeyr, bu, rəhbərliyin qərarıdır. O barədə tam müzakirə də etməmişik. Çünki çempionat bitməyib. Həmişə komandada, rəhbərlikdə də fikir yaratmaq istəmirik. Futbolçular son oyuna qədər peşəkar yanaşmalıdır. Biz də beləyik. İndi bunu müzakirə etsək, bir az qeyri-peşəkarlıq olar".
Mütəxəssis Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi fonunda milli komandanın durumu ilə bağlı narahatlığını dilə gətirib:
"Milliyə namizəd futbolçuların hamısı məni narahat edir. Yaxşı durumda deyilik. Potensiallı futbolçularımız azdır. Biz də bunları itirə bilmərik. Hər klub sərbəstdir, hər klubun qərarları var. Tək burada Elvin yox, digər legionerlər var ki, klublarında oynamırlar. Bu dəqiqə yaxşı halda deyilik. Amma yayda vaxtımız olacaq. İnanıram ki, yeni mövsüm hamı üçün xeyirli olar".
Ayxan Abbasov çempionatın son 4 turu ərəfəsində futbolçuların motivasiyası və komandanın ümumi hədəfləri barədə fikirlərini bölüşüb:
"Çempionluğa və avrokuboklara oynayan klublar bu sözü desə, düz çıxmaz ki, hədəfimiz Premyer Liqada qalmaqdır. Digər 6 komanda var ki, ilk olaraq Premyer Liqada qalmalıdırlar. Bu da qaranti deyil. İki ildir sürprizlərlə doludur. Heç kim gözləmirdi ki, hansı komanda sonuncu yerdə olsun. Çünki bu, büdcə məsələsi deyil. Bizim hədəfimiz iki ildir liqada qalmaqdır. Amma bu mövsüm hardasa istədik. Kubokda irəlilədik. Püşkatma bizim üçün çətin idi. "Qarabağ"ı keçsəydik, "Sabah"la qarşılaşacaqdıq. Çempionatın bəzi vaxtları oldu ki, qalib gəlsəydik, dördlüyə çıxa bilərdik. "Araz-Naxçıvan"a evdə uduzduq. Qışdan daha rahatıq. Çempionat başlayandan düşmə zonasında olmamışıq. Özümüzə yaxın rəqiblərdən üstün olmuşuq. Bəzi şeylər var ki, görürsən büdcəyə bağlıdır. Avrokuboklara oynamaq istəyirsənsə, ayaqlaşmalısan. Bir oyunla çempionatı dəyərləndirməməliyik, ümumi baxmalıyıq. Ümumi baxsaq, futbolçulardan gözləntilərin daha yaxşısını verdilər".
Sonda baş məşqçi AFFA rəhbərliyi ilə görüşlərdə hakimlik məsələsinin müzakirə olunub-olunmadığına və ölkə futbolundakı hakimlik probleminə toxunub:
"Cahangir müəllimlə söhbət edəndə, futbolun içindəki olan bütün mövzulara toxunuruq. Onlardan biri də hakimlikdir. Bu gün federasiya hakim səhvlərinin az olmasını çox istəyir. Amma realı demək lazımdır, burada klubların da, medianın da günahı var. Bəzən ehtiyac olmayan zamanda ajiotaj yaradır, futbolumuzu şouya çevirmək istəyirik. Bir az Türkiyə Superliqasına baxıb, o hadisələrlə eyniləşdiririk. Bu halda gənc hakimlərimiz bəzən bu təzyiqi üzərindən ata bilmirlər. Səhvlər olur. Hakimlərin də üzərinə ata bilmərik hər şeyi. Razıyam, çox kobud səhvlər oldu ki, klubların haqqına girildi. Bunu demək lazımdır. Amma bu da çıxış yolu deyil ki, hakimləri silək-ataq. Sabah hakim tapa bilməyəcəyik. Onların da üzərinə bu qədər getmək olmaz. Səhvləri aşkar müzakirə edəndə, hakimlər də qorxur. Çempionatın səviyyəsini yüksəldiriksə, hakimliyin səviyyəsi qalxmasa, narazılıq çox olacaq".(sportal.az)
6 qol, 1 qırmızı vərəqə
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar