"Asiya klubundan da təklif almışdım. Amma düşündüm ki, Türkiyə bizə mentalitet, dil baxımından yaxındır. Eyni millətdənik. Ona görə də Türkiyə variantını seçdim".
Bu sözləri QOL.az-a açıqlamasında Türkiyənin 1-ci liqa təmsilçisi "Boluspor" klubuna keçən Elvin Yunuszadə deyib.
Azərbaycan millisinin, "Neftçi" və "Qarabağ"ın sabiq üzvü son klubu "Karvan-Yevlax"da o qədər də oyun şansı qazanmadığı halda Türkiyə klubundan təklif alması ilə bağlı bunları bildirib: "Əslində "Karvan-Yevlax"da oyunların 80 faizində iştirak etmişəm. "Qarabağ"la görüşdə aldığım zədəyə görə bir müddət oynamadım. Müalicə olunduğuma görə bir az meydandan kənarda qaldım. 20 günə yaxın idi ki, danışıqlar gedirdi. Sonda razılaşdıq və bura gəldim".
E.Yunuszadə iki gündən sonra 1-ci liqanın ilk turunda "Manisa" ilə qarşılaşacaq komandasında ab-havanın yaxşı olduğunu qeyd edib: "Komandamıza yeni baş məşqçi gəlib. Təxminən 10-12 gündür buradadır. O da çalışır ki, komandanı çempionata hazırlasın. İki gündən sonra 1-ci liqada "Manisa" ilə oyunumuz var. Komandada ab-hava yaxşıdır. Çalışacağıq ki, liqada möhkəmlənək və mümkün qədər yuxarı pillələrdə olaq".
33 yaşlı müdafiəçi "siz özünüz "Manisa" ilə matça hazırsınızmı" sualına belə cavab verib: "Təxminən 10 günə yaxındır buradayam. Düzdür, hazırlaşmaq üçün vaxtım çox olmadı. Amma əlbəttə ki, çalışıram oyuna tam hazır olum".
E.Yunuszadə komandanın baş məşqçisi Daniel Ferrarın ona güvəndiyini deyib: "Məşqçi ilə danışığımız olub. Mənə bir təcrübəli oyunçu kimi güvəni var. Bildirib ki, gənclərə də köməklik edim. Düşünürəm ki, həm mənim üçün, həm də komandam üçün hər şey yaxşı olacaq".
Ramiq Ağaməmmədov
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları