Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev dünən keçirilən Avrokubokların püşkatmasının nəticəsinə münasibət bildirib.
"Bəzən KİV-lər yazırlar ki, hansısa komandaya güclü rəqib düşüb və ya hansısa komandaya zəif rəqib düşüb. Əgər komandalar Avrokuboklara vəsiqə qazanıblarsa, deməli güclü komandalardır. Amma mən inanıram ki, bizim komandalarımızın dördü də ilk mərhələni keçəcəklər".
Qol.Az-ın xəbərinə görə, PFL-in rəsmi saytına açıqlamasında R.Musayev bildirib ki, statistikaya baxdıqda görünür ki, ən güclü rəqib "Neftçi"yə düşüb.
"Amma "Neftçi"nin futbolçularının da hamısı peşəkar oyunçulardır. Hamısı Avrokuboklarda iştirak etmiş oyunçulardır. Ona görə də "Dinamo"ya da "Neftçi" ilə asan olacağını demək olmaz və mən inanıram ki, "Neftçi" cütün taleyini Zaqrebdə ilk oyundaca həll edəcək.
Digər komandalara gəldikdə isə, "Xəzər Lənkəran" mövsüm boyu çox gözəl transferlər həyata keçirib. İsrail komandasının güclü olmasına baxmayaraq, "Xəzər Lənkəran" da öz sözünü deyə bilir. "Xəzər Lənkəran"nın iki oyunçusu - Julius Vobayla Uinston Parksı xüsusi qeyd etmək istərdim. Mirça Rednik də yaxşı məşqçidir, oyunu oxumağı bacarır. Yəqin ki, o, özünün gizli taktikasından artıq istifadə edəcəkdir.
AZAL-ın transferləri bir az zəif oldu. Bir güclü hücumçu alsalar onlar üçün də problem olmaz.
"Qarabağ"ın da transferlərdə aktiv olmadığını vurğulamaq lazımdır. Klubun rəhbərliyi Qurban Qurbanovu çətin vəziyyətdə qoydu. Lakin, buna baxmayaraq, inanıram ki, "Qarabağ" bu il də Avropa Liqasında öz sözünü deyə biləcək.
Ümumiyyətlə, çempionatdakı oyunları nəzərə alsaq bütün komandalarımız bizi sevindirməlidir. Ən azı bir mərhələni keçəcəklərinə inanıram. Əgər qarşılarındakı komandanı zəif bilirlərsə, arxayınlaşmasınlar, güclü bilirlərsə, qorxmasınlar. Qorxaraq oynamaq olmaz - qorxsan rəqibə bununla güc verərsən. Hər şeyi 90 dəqiqə ərzində eləmək lazımdır. Klublarımıza Avrokuboklarda uğurlar və Azərbaycanı şərəflə layiqincə təmsil etməyi arzulayıram" - deyə R.Musayev vurğulayıb.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır