Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Neftçi”nin Zaqreb “Dinamo”suna rəqib olması Xorvatiya mətbuatının gündəmini zəbt edib.
Qol.Az-ın məlumatına görə, Xorvatiyanın məşhur “Sportske Novosti” idman saytı “ağ-qaralar”ın makedoniyalı müdafiəçisi İqor Mitreskinin fikirlərinə yer ayırıb. Təcrübəli futbolçu xorvatiyalı jurnalistlərlə söhbətində maraqlı məqamlara toxunub:
“Yurçiç (“Dinamo”nun baş məşqçisi – red.) Skopyedə olarkən, onunla görüşüb, söhbət etdik. İkimiz də bu klubların qarşılaşmağını istəmirdik. Ancaq bu, futboldur. Nə vaxt nədənsə qaçmaq istəyirsənsə, özü səni yaxalayır. Mənə elə gəlir ki, gərgin oyun olacaq. Bu yay “Dinamo”nun hansı transferləri gerçəkləşdirdiyini bilmirik. Ancaq bu, bizim üçün problem deyil. Mənim Qoku Sedleskoq adlı yaxın dostum var. Ondan xahiş edəcəyəm, klubunuz haqda hər şeyi mənə deyəcək”.
Bir ara adı “Neftçi” ilə birgə hallanan, hətta Xorvatiya mətbuatının “Neftçi”nin heyətində olduğunu düşündüyü Aleksandr Qleblə bağlı suala isə Mitreskinin cavabı belə olub: “Bu barədə dəqiq heç nə bilmirəm. Ona görə də bir söz deyə bilmərəm. Sadəcə onu deyim ki, bizə qoşulan istənilən futbolçu komandaya ancaq xeyir verməlidir”.
Qarşıdakı oyun barədə də fikirlərini bildirən makedoniyalı müdafiəçi matçın taleyinin Bakıda həll olunacağını söyləyib: “Əminəm ki, birinci oyun əsl hər şeyi həll etməyəcək. Bakıda “Dinamo”nu cəhənnəm gözləyir. Cütün taleyi Azərbaycanda həll olunacaq”.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır