Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.
QOL.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov ilk görüşdə Yan Oxlenə (İsveç) 5:1, 1/4 finalda Bolqarıstan güləşçisi Abu Amayevə 7:0 hesabı ilə qalib gəlib. O, yarımfinalda gürcüstanlı Dieqo Çxikvadzeni məğlub edərək (4:2) finala yüksəlib. Finalda onun rəqibi Murat Fırat (Türkiyə) olacaq.
Digər güləşçimiz Qurban Qurbanov (82 kq.) ilk görüşdə Svetoslav Nikolovu (Bolqarıstan) 7:3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə o, Mixail Bradunu (Moldova) 5:4 hesabı ilə üstələyib. Yarımfinalda Qurban Gela Bolkvadzeni (Gürcüstan) 2:1 hesabı ilə məğlub edərək finala çıxıb. O, həlledici görüşdə Umümdünya Güləş Federasiyasının bayrağı altında yarışan rusiyalı Adlet Tülübayev ilə üz-üzə gələcək.
Nihat Məmmədli (60 kq) Nihat startda azad olub, 1/4 finalda isə Vladislav Kuzkonu (Ukrayna) 5:0 hesabı ilə məğlub edib. Yarımfinalda Nihat Suren Ağacanyanaya (Ermənistan) 1:8 hesabı ilə uduzub və bununla da sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Mükafatlar uğrunda yarış sabah olacaq.
Yamal zədələndi
"Həyatımda asan final görməmişəm" - Valdas Dambrauskas
Məşqdə zədələndi, dünya çempionatını buraxacaq
Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
London klubu avrokuboklardan kənarlaşdırıla bilər
"Çelsi" baş məşqçisini göndərdi
“Qarabağ”ın qapıçısı qırmızı vərəqə aldı
Türkiyə klubundan kəskin etiraz - Hakimi dəyişin
Baş məşqçidən sərt qaydalar: Telefon işlətməyəcəklər
"Milan"ın yay transfer büdcəsi bəlli oldu
“Sabah” - “Qarabağ”: Heyətlər
PSJ-yə keçə bilər
"Şəfa", "Cəbrayıl" və "Şahdağ Qusar"dan qələbə
Kapitan 11 il sonra komandasını tərk edir
Kamavinqa yenidən azarkeşlərdən üzr istədi