Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, saat 15:00-da start götürən tədbirdə son Azərbaycan çempionu “Neftçi”nin də rəqibinə aydınlıq gəlib.
Çempionlar Liqasında "Neftçi"nin potensial rəqiblərinə nəzər saldıqda, bu komandalar arasında bir neçə tanınmış adlara rast gəlmək olar. Bunların içərisində Belarusiyanın "Bate", Serbiyanın "Partizan", İsrailin "Makkabi" və Norveçin "Rusenburq" kimi komandalarını Çempionlar Liqasının qrup mərhələsindən yaxşı tanıyırıq.
"Neftçi"nin potensial rəqiblərindən bəziləri ilə isə avrokuboklarda qarşılaşmışıq. Məsələn, "Visla" - "Qarabağ", "Xəzər Lənkəran" - "Dinamo" (Zaqreb), "İnter" - "Partizan", "Qarabağ" - "Rusenburq" , "Ştrum" - "Neftçi" və digər oyunları misal göstərmək olar.
Qeyd edək ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-13, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.
Səpələnmişlər:
BATE (Belarus) "Makkabi" (Hayfa, İsrail) "Dinamo" (Zaqreb, Xorvatiya) "Rusenburq" (Norveç), "Partizan" (Serbiya), APOEL (Kipr), "Visla" (Polşa), "Şturm" (Аvstriya), "Liteks" (Bolqarıstan), "Slovan" (Slovakiya), Viktoria (Çexiya), Maribor (Sloveniya), HİK (Finlandiya), "Ekranas" (Litva), "Zestafoni" (Gürcüstan), "Malmö" (İsveç), "Şamrok Rovers" (İrlandiya)
Səpələnməmişlər:
"Daçiya" (Moldova) "Pünik" (Ermənistan), "Borak" (Bosniya və Herseqovina), "Moqren" (Çernoqoriya), "Skonto" (Latviya), "Videoton" (Macarıstan), "Banqor Siti" (Uels), "Torşavn" (Farer adaları), "Linfild" (Şimali İrlandiya), "Tobol" (Qazaxıstan), "Flora" (Estoniya), "Breydablik" (İslandiya), "Neftçi" (AZƏRBAYCAN), "Skendiya" (Makedoniya), "Skenderbeu" (Albaniya)
"Nefrçi"nin püşkatmada ikinci səbətdə yer alacağı dəqiqləşib. Bu mərhələdə komandamızın altı potensial rəqibi var:
İkinci qrup
Səpələnməşlər: "Dinamo" (Xorvatiya), "Partizan" (Serbiya), "Şturm" (Avtriya), "Viktoria" (Çexiya), "Ekranas" (Litva), "Zestafoni" (Gürcüstan)
Səpələnməmişlər: : "Daçia" (Moldova), "Pünik" (Ermənistan), "Videoton" (Macarıstan), Birinci təsnifat mərhələsinin qalibi, "Neftçi" (Azərbaycan), "Skendija 79" (Makedoniya)
1-ci təsnifat mərhələsi
1."Fiori" (San Marino) - "Valetta" (Malta)
2."Santa-Koloma" (Andorra) - "Dudelanq" (Lüksemburq)
1-ci qrup
“Makkabi” (İsrail) – “Borak” (Bosniya-Hersoqoviniya)
“Slovan” (Slovakiya) – “Tobol” (Qazaxıstan)
“Maribor” (Sloveniya) – "Santa-Koloma" (Andorra) - "Dudelanq" (Lüksemburq) cütünün qalibi
“Moqren” (Çernoqoriya) - “Liteks” (Bolqarıstan)
“Skenderbeu” (Albaniya) - APOEL (Kipr)
2-ci qrup
"Dinamo" (Xorvatiya) - "Neftçi" (AZƏRBAYCAN)
"Partizan" (Serbiya) – "Skendiya" (Makedoniya)
"Şturm" (Avtriya) – "Videoton" (Macarıstan)
"Ekranas" (Litva) – "Fiori" (San Marino) - "Valetta" (Malta) cütünün qalibi
"Zestafoni" (Gürcüstan) – "Daçiya" (Moldova)
"Pünik" (Ermənistan) – "Viktoria" (Çexiya)
3-cü qrup
“Rusenburq” (Norveç) – “Breydablik” (İslandiya)
“Skonto” (Latviya) - “Visa” (Polşa)
HİK (Finlandiya) – “Banqor Siti” (Uels)
“Malmö” (İsveç) – "Torşavn" (Farer adaları)
“Şamrok Rovers” (İsrail) – “Flora” (Estoniya)
“Linfild” (Şimali İrlandiya) – BATE (Belarus)
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır