"Qarabağ"ın şoka saldığı oyunçu ürək ağrıları ilə futboldan getdi

"Qarabağ"ın şoka saldığı oyunçu ürək ağrıları ilə futboldan getdi
ÖLKƏ FUTBOLU 20 İyun 2011 / 03:24 4658
-  A +

İsrailin "Makkabi" (Hayfa) klubunun müdafiəçisi Arik Benado futbolçu karyerasını başa vurub. Qol.Az-ın məlumatına görə, Benado ürəyindəki problemlərlə əlaqədar 37 yaşında yaşıl meydanlarla vidalaşıb.

"Bu, mənim üçün ağır gündür. Demək olar ki, 30 ilimi futbola vermişəm. İndi isə həkimlər mənə karyeramı başa vurmağı məsləhət görüblər" deyə Benado təəssüflənib. 

Arik Benado İsrail yığmasında keçirdiyi oyunların sayına görə rekordçu sayılır. O, 94 dəfə milli formada çıxış edib. Sonuncu dəfə 2007-ci ildə yığmanın şərəfini qorumuş Benado İsrail çempionatında 565 matçda oynayıb. 

Təcrübəli müdafiəçi 12 il öncə Bakıya da səfər edib. Benado 1999-2000-ci il mövsümündə Elə "Makkabi"nin heyətində "Qarabağ"la İntertoto Kubokunun I təsnifat mərhələsindəki qarşılaşmaların iştirakçısı olub. Həmin vaxt səfərdə 2:1 hesablı qələbə qazanmış Ağdam komandası Bakıda 0:1 hesabı ilə uduzsa da, rəqib meydanında daha çox qol vurduğu üçün növbəti mərhələyə yüksəlib. Həmin vaxt "Qarabağ" bu uğurla "Makkabi"ni şoka salıb.

Daha çox


Son xəbərlər