Forlan "Qalatasaray"da oynamaq istəmir

Forlan "Qalatasaray"da oynamaq istəmir
ÖLKƏ FUTBOLU 18 İyun 2011 / 13:48 3546
-  A +

İki gün öncə İspaniyaya gedərək, “Atletiko” (Madrid) klubunun  3 ulduzu – Forlan, Reyes və Uyfaluji ilə ilkin razılıq əldə edən “Qalatasaray” rəhbərliyi xoşagəlməz hadisə ilə üzləşib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Forlan hazırkı klubundan ayrılmaq istəmir. Uruquvaylı forvard ölkə mətbuatına verdiyi açıqlamasında bunları deyib: "Atletiko"da məni hər şey qane edir. Türkiyəyə getməyi düşünmürəm".

Forlanın bu açıqlamasından sonra “sarı qırmızılar” vəziyyətdən çıxış yolu axtarmağa başlayıblar. Çünki Ünal Aysalın üç futbolçu ilə bağlı rəsmi açıqlamasından sonra, Forlanın keçidi baş tutmasa, rəhbərlik azarkeşlərin gözündə nüfuzunu itirəcək. Buna görə də “Cim-Bom” ya məbləği artırmalı, ya da ən azı Forlan qədər məşhur olan başqa bir ulduz transfer etməlidir.

Qeyd edək ki, uruquvaylı forvarddan fərli olaraq, Reyes və Uyfalujinin yaxın günlərdə İstanbula gələcəyi gözlənilir.

Daha çox


Son xəbərlər