Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır

Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
DÜNYA FUTBOLU 22 Mart 2026 / 22:53 2707
-  A +

"Barselona" bütün turnirlər daxil olmaqla öz meydanında keçirdiyi son 39 oyunun hər birində rəqib qapısına yol tapmağı bacarıb (124 qol).

QOL.az xəbər verir ki, bu, kataloniyalıların doğma arenada 2018-ci ilin fevralından 2019-cu ilin oktyabrına qədər Ernesto Valverdenin rəhbərliyi altında qeydə alınan 45 matçlıq qol seriyasından (135 qol) sonra ən yaxşı göstəricisidir.

Xatırladaq ki, bu gün La Liqanın 29-cu turunda Hans-Diter Flikin komandası "Rayo Valyekano"nu 1:0 hesabı ilə məğlub edib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner