Qəzaya görə Premyer Liqa matçı gec başladı

Qəzaya görə Premyer Liqa matçı gec başladı
DÜNYA FUTBOLU 21 Mart 2026 / 17:15 563
-  A +

İngiltərə Premyer Liqasında keçirilən "Brayton" - "Liverpul" matçının başlaması 15 dəqiqə gecikib.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, buna stadion yaxınlığındakı A27 magistral yolunda baş vermiş yol qəzası səbəb olub. Beləliklə, Bakı vaxtı ilə saat 16:30-da başlamalı olan oyun azarkeşlərin stadiona çatmasında yaranan çətinliklərə görə saat 16:45-ə təxirə salınıb. Hazırda matç başlayıb və komandalar hərəyə 1 qol vurublar.

Qeyd edək ki, "Liverpul" İngiltərə çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Bu matçda qazanılacaq xallar komandanın ilk dördlük uğrunda mübarizəsi üçün mühüm əhəmiyyət kəsb edir.


Son xəbərlər
topaz banner