Emreli 8 ay sonra qol vurdu

Emreli 8 ay sonra qol vurdu
XƏBƏR 15 Mart 2026 / 18:38 2184
-  A +

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” bu gün 2-ci Bundesliqada növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, “Kayzerslautern” doğma meydanda “Karlsrue” ilə qarşılaşıb. Matç Mahirin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.

Bu, onun cari mövsümdə 2-ci bundesliqada ilk qolu olub.

Emreli son dəfə bu mövsüm - ötən ilin avqust ayında Almaniya kubokunda "Kayzerslautern"in 1 qolunun müəllifi olmuşdu.


Son xəbərlər
14.03.26  21:41

Qavi geri dönür

topaz banner