«Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun liderlərindən olmuş futbol azarkeşi Bəhram Bağırzadə milli komandamızın Qazaxıstan və Almaniya milli komandaları ilə oyunundakı uğursuzluğuna münasibət bildirib.
Qol.Az-ın «Futbol+» qəzetinə istinadən yaydığı məlumata görə, baş məşqçi Berti Foqtsu müdafiə edən Bəhram Bağırzadə futbolçuların ünvanına sərt ittihamlar səsləndirib.
“Foqts yığmada qalmalıdır, ancaq bu futbolçularla yox. Yığmanın, vətənin imicini bu şəkildə ləkələmək cinayətdi. Vətənpərvərlik hissi harada qaldı? Yığmada çıxış edən futbolçu ilk növbədə valideyninə, daha sonra məhləsinə, nəhayət, vətəninə hörmət hissi olaraq şərəflə oynamalıdır. Valideyninə hörmətsizlik edənə mən dünəndən hörmət etmirəm. Qazaxıstana qarşı belə oynamaq olmaz. Bu azmış kimi, məğlubiyyətdən sonra heç nə olmamış kimi restorana gedib içki məclisi qurur, maşın alverindən danışırlar. Mən belə futbolçuları tanımıram. Belələrini dərhal yığmadadan sil-süpür etmək lazımdır.
Gənc nəslə güvənməli və onları ilk növbədə milli ruhda tərbiyə etməliyik. Məhlə-məhlə gəzib istedad axtarmalııyıq. Necə ki, o vaxt Anatoli Banişevskini Razindən, Ağasəlim Mircavadovu Sovetskidən, İqor Ponomaryovu Yasamaldan tapıb üzə çıxardılar. Özüm həndbolla məşğul olmuşam, yığmada çıxış etmişəm. Məni 189 saylı məktəbdən götürmüşdülər. Mən bu gün yığmadan Almaniya, Belçika, Avstriya kimi komandalardan xal almağı tələb etməliyəm, Qazaxıstandan yox. Almaniyanı deyə bilmirəm, ona görə ki, Berlin kinofestivalının mükafatçısı ola bilməmişəm. Mən MDB ölkələrinin yarışında qalib olmuşam. Bəzi futbolçularımız da “Birlik kuboku”nu qazanıb.
Yığma üzvlərindən də MDB təmsilçisini üstələməyi tələb etməyə haqqım çatır. Bizə bütün sahələrdə ölkəni təmsil edən hərtərəfli insanlar lazımdır. Daha savadsız, dil bilməyən futbolçular yox. Ölkə xaricinə gedib 10-15 gün orada qalan, ancaq kimsəylə bir kəlmə belə danışa bilməyib geri dönən, qayıdanda da bazar adamı kimi əlidolu gələn futbolçu yox. Bizə Eldarlar, Nigarlar lazımdır. Hansı ki, alman vətəndaşı ilə almanca, rusla rusca, ingilislə ingiliscə, türklə türkcə danışmaqla Avropanı heyran qoydular” - deyə B.Bağırzadə bildirib.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır