Almaniya Bundesliqasında 26-cı turun mərkəzi oyunu keçirilib.
QOL.az xəbər verir ki, "Bayer" doğma meydanda lider "Bavariya"nı qəbul edib.
Meydan sahibləri erkən qolla hesabda önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. Matçın ən diqqətçəkən məqamı isə Münhen təmsilçisinin iki qırmızı vərəqə alaraq oyunu 9 nəfərlə tamamlaması və hər iki komandanın bir qolunun ləğv edilməsi olub.
14 mart
"Bayer" - "Bavariya" - 1:1
Qollar: A.Qarsiya, 6 – L.Dias, 69
Qeyd: Matçın 42-ci dəqiqəsində N.Cekson ("Bavariya") birbaşa qırmızı vərəqə, 84-cü dəqiqəsində isə L.Dias ("Bavariya") ikinci sarı vərəqə alaraq meydandan qovulub. Həmçinin 61-ci dəqiqədə H.Keynin ("Bavariya") qolu əllə oyun, son saniyələrdə isə İ.Hofmanın ("Bayer") qolu ofsayd səbəbindən ləğv edilib.
Qeyd edək ki, bu heç-heçədən sonra xallarını 67-yə çatdıran "Bavariya" turnir cədvəlində liderliyini davam etdirir. 45 xalı olan "Bayer" isə 6-cı pillədə qərarlaşıb.
Qavi geri dönür
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi