"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu

"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
ÖLKƏ FUTBOLU 14 Mart 2026 / 18:15 520
-  A +

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən "İmişli" - "Sabah" (0:5) qarşılaşmasından sonra qonaqların yarımmüdafiəçisi Aleksey İsayev klubun mətbuat xidmətinə oyun barədə fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, matçda bir qol və iki məhsuldar ötürmə ilə qələbədə böyük pay sahibi olan futbolçu oyunla bağlı bunları deyib:

"Ən əsası komandamızın qələbə qazanmasıdır. Çətin rəqibə qarşı oynadıq, "İmişli" həqiqətən yaxşı komandadır, onlara uğurlar arzulayıram. Bizim üçün əsas hədəf qalib gəlmək idi və buna nail olduq. İndi matçdan-matça hazırlaşırıq. Hər oyuna qələbə üçün çıxırıq, ona görə də dayanmadan çalışırıq. Artıq bu oyunu unudub növbəti qarşılaşmaya köklənməliyik".

Təcrübəli oyunçu qarşıda gələn "Sumqayıt"la ev matçı barədə danışarkən azarkeşlərə də müraciət edib:

"İstərdim ki, stadionda azarkeşlərimizin sayı daha çox olsun. Biz də öz növbəmizdə onları qələbələrlə sevindirməyə çalışacağıq. Qoy gəlsinlər, bizi dəstəkləsinlər, bu bizim üçün çox vacibdir. Göstərdikləri dəstəyə görə hər birinə çox təşəkkür edirəm".

Daha çox


Son xəbərlər
topaz banner