Bu gün AFFA-nın rəsmi saytı məhşur CNN telekanalının futbolumuz haqda süjet yayımlaması haqda xəbər yayıb.
Xəbərdə deyilir ki, iyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə AFFA tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə xarici KİV nümayəndələri də iştirak ediblər.
Tanınmış CNN televiziya kanalında Azərbaycan futbolu, «Dalğa Arena»nın açılış mərasimi barədə süjet hazırlanaraq yayımlanıb. Süjetdə Tofiq Bəhramov haqda məlumat verilib, FİFA-nın prezidenti Yozef Blatter və AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibələri yer alıb. Qeyd olunan süjet CNN kanalının videosaytında da yerləşdirilib.
Qeyd edək ki, CNN kimi nəhəng kanalda nəinki futbolumuz, ümümiyyətlə, Azərbaycanın özü haqda məlumatlar demək olar ki, çox nadir hallarda gedir. Başqa sözlə, bu telekanal ölkəmizə dair xəbərlərə çox xəsisliklə yer ayırır.
Bu kanalı seyr edənlər telekanalda ölkəmiz haqda təbliğat xarakterli videoçarxa tez-tez rast gəliblər ki, buna görə də Azərbaycan dövləti pul ödəyib.
Bu mənada, CNN-in Azərbaycan futbolu haqda 4 dəqiqə 30 saniyəlik sujet yayımlaması maraq doğurmaya bilməz. Əslində, bu, sujetdən daha çox reklam çarxına bənzəyir və heç şübhəsiz, CNN olmayan futbolumuzun «qara qaş»ına «aşiq» olduğuna görə bunu yayımlamayıb. Rəsmən təsdiqlənməsə belə, AFFA-nın bu çarxa görə CNN-ə pul ödədiyi şübhə doğurmur. CNN kimi kanalda belə süjetlərin getməsini qiyməti isə 3-5 manat yox, ən azı on min dollarlarla ölçülür.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az-ın müxbiri ilə söhbətində deyib ki, təmsil etdiyi qurum buna görə CNN-ə pul ödəməyib: «Biz onları Bakıya dəvət etmişdik və onlar Azərbaycan futbolunun 100 illiyi münasibətilə tədbirdən süjet hazırlayıblar».
Əslində CNN kimi kanalda hətta belə süjetlərin getməsi belə müsbət amildir. Amma bunu guya dünyanın nəhəng telekanalının Azərbaycan futboluna sevgisinə görə etdiyini düşünmək absurd olardı.
Hər halda, buna görə pul ödəyən AFFA rəhbərliyi bu çarxla sübut etmək istəyib ki, onların fəaliyyəti CNN-in diqqətini cəlb edib.
Əslində isə, dediyimiz kimi, reklam çarxına bənzəyən bu süjet üçün heç də az olmayan pul ödənilib.
Videoya diqqətlə baxın və sonda özünüz də qərar verin: CNN-in futbolumuza bu cür sevgisi birdən-birə haradan yarandı?
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi