“Avrokuboklarda 2011-12-ci illər mövsümü üçün UEFA-nın açıqladığı əsasnamədən xəbərim var. 4 gün ərzində sifariş vərəqələrini quruma təqdim etməliyik”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində ölkəmizi Avroliqada təmsil edəcək AZAL-ın baş məşqçisi Nazim Süleymanov deyib. Süleymanov belə olan halda baxışda olan futbolçularla 1-2 gün ərzində müqavilə imzalayacaqlarını bildirib:
“Neynəməliyik? 1-2 gün içərisində baxışda olan futbolçularla müqavilə imzalamalıyıq. Baxışda daha üç futbolçu yer alıb. Bu gün və sabahkı məşqlərdən sonra bu oyunçular barədə yekun qərarımızı verəcəyik”.
Düşərgəyə yeni qoşulan legionerlər arasında Albaniya yığmasının hücumçusu Marko Paviçeviç də var. Gənc mütəxəssis serbiyalı Vladimir Cilasla Marko Paviçeviç arasında seçim edəcəklərini söyləyib: “Onların arasında bir hücumçu da var. Növbəti mövsüm üçün bir əcnəbi forvard almağa düşünürük. Ona görə də bundan əvvəl Bakıya gələn Vladimir Cilasla düşərgəyə bu gün qoşulan Marko Paviçeviç arasında seçim etməliyik. Cilasdan söz düşmüşkən, bu futbolçu şəxsi məsələləri ilə bağlı artıq vətəninə yollanıb”.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır