Premyer Liqanın "nəhz" turu 3 komandanı başsız qoydu

Premyer Liqanın "nəhz" turu 3 komandanı başsız qoydu
DÜNYA FUTBOLU 15 İyun 2011 / 23:04 2885
-  A +

Rusiya Premyer Liqasının 13-cü turundan sonra daha bir baş məşqçi istefası reallaşıb. Qol.Az-ın məlumatına görə, "nəhz" tur son 2 gündə 3-cü komandanı başsız qoyub.

Belə ki, Vladimir Eştrekov Nalçik "Spartak"ının sükanı arxasından kənarlaşdırılıb. Klubun Direktorlar Şurasının iclasında Eştrekovun fəaliyyəti qeyri-qənaətbəxş sayılıb. Bu səbəbdən, baş məşqçi ilə əməkdaşlıq müqaviləsinin pozulması qərara alınıb.

Qeyd edək ki, Premyer Liqada 13 turdan sonra Nalçik "Spartak"ı 9 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. Ötən gün Ruud Qullit "Terek"in, bu gün isə Omari Tetradze "Volqa"nın baş məşqçisi postundan kənarlaşdırılıb.


Son xəbərlər