Denis Silva: "Gücümüzü Çempionlar Liqasında da göstərəcəyik"

Denis Silva: "Gücümüzü Çempionlar Liqasında da göstərəcəyik"
ÖLKƏ FUTBOLU 15 İyun 2011 / 13:54 2492
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan Bakının "Neftçi" klubu Çempionlar Liqasına hazırlığını davam etdirir. Qol.Az-ın məlumatına görə, komanda üzvləri gündə iki dəfə olmaqla baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq keçirlər.

"Neftçi"nin braziliyalı müdafiəçisi Denis Silva hazırlıq prosesi ilə bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Hazırlığımız yüksək səviyyədə keçir. Komandada gözəl əhval-ruhiyyə var. Məqsədimiz Çempionlar Liqasında uğurlu çıxış etməkdir. Bu turnirdə zəif rəqib olmur.

Bilirik ki, bizi çətin oyunlar gözləyir. Amma qoy, rəqiblər bizdən çəkinsinlər. Çünki "Neftçi"də səviyyəli futbolçular yer alıb. Yerlilərlə legionerlərin sintezindən ibarət gözəl komandamız var. Gücümüzü Çempionlar Liqasında da göstərəcəyik".

Daha çox


Son xəbərlər