"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Erlinq Haaland barədə danışıb.
QOL.az xəbər verir ki, "Sky Sports" nəşrinin məlumatına görə, təcrübəli mütəxəssis Premyer Liqanın son turunda "Nyukasl"a qarşı keçirilən matçda (2:1) ulduz hücumçunun nümayiş etdirdiyi oyuna heyranlığını gizlətməyib. O, norveçli forvardın fədakarlığını heç vaxt unutmayacağını bildirib.
Haaland sözügedən qarşılaşmada Niko O'Raylinin qələbə qolunda məhsuldar ötürmə etməklə yanaşı, bir neçə şəxsi rekorduna da imza atıb. O, Premyer Liqa karyerası ərzində bir matçda ən çox ikili mübarizə qalibi olub (12) və ən çox toxunuş sayına (43) çatıb.
Qvardiola hücumçusunun müdafiəyə köməyini xüsusi vurğulayıb:
"Rəqib uzun ötürmələrlə oynadığı üçün Erlinq bizə mərkəz müdafiəçisi kimi kömək etməli oldu. Onun müdafiədə qaçıb mübarizə aparması, rəqibə mane olması inanılmazdır. O, çox fədakar oyunçudur və bu gün bizim üçün etdiklərini heç vaxt unutmayacağam. İkinci qol zamanı hərəkətliliyi möhtəşəm idi. Bəzən oyunlarına tənqidi yanaşsam da, amma etiraf etməliyəm ki, Haaland olmasaydı bu qələbə mümkün olmazdı".
Qeyd edək ki, "Mançester Siti" bu qələbə sayəsində turnir cədvəlindəki mövqeyini qoruyub.
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı