Uzun müddətdir zədəli olan "Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün meydana çıxa bilər.
QOL.az xəbər verir ki, onun adı 2-ci bundesliqanın 23-cü turunda "Proyssen Munster"lə keçiriləcək səfər matçı üçün açıqlanan siyahıda var. Emreli ehtiyat oyunçular arasında yer alıb.
Sözügedən oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı