Vaqif Cavadovun baş məşqçisi getdi

Vaqif Cavadovun baş məşqçisi getdi
ÖLKƏ FUTBOLU 14 İyun 2011 / 01:56 2596
-  A +

Belçikalı mütəxəssis Mişel Pryudomm Azərbaycan milli komandasının yarımmüdafiəçisi Vaqif Cavadovun müqavilə ilə məxsus olduğu Hollandiyanın "Tvente" klubundan ayrılıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 52 yaşlı mütəxəssis iş yerini Səudiyyə Ərəbistanın "Əl-Şabab" komandasına dəyişib. 

Pryudomm "Tvente" azarkeşlərinə, məşqçi heyətinə və komanda üzvlərinə xoş əməkdaşlıq üçün minnətdarlıq edib. O, kluba uğurlar arzulayıb. Prezident Hup Mansterman isə bildirib ki, yeni məşqçilər heyəti, komandanı 14 futbolçunun əvəzinə 11-inin alındığı bir şəraitdə belçikalı mütəxəssisin Hollandiya çempionatında gümüş medal və ölkə kubokunu qazanması elə də asan iş deyil. 

Qeyd edək ki, Mişel Pryudommu kimin əvəzləyəcəyi hələlik məlum deyil.   

Daha çox


Son xəbərlər