"Qarabağ"ın "rəqib"i müəyyənləşdi

"Qarabağ"ın "rəqib"i müəyyənləşdi
ÖLKƏ FUTBOLU 12 İyun 2011 / 22:17 3387
-  A +

Ağdamın "Qarabağ" klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ilk gündən yüksək tempdə çalışan futbolçuların əzmkarlığı texniki heyəti sevindirir.

12 futbolçu ilə çalışmaq məcburiyyəti futbolçuların daha da yüklənməsinə səbəb olur. Çoxu gənc olan oyunçular tempə uyğunlaşmağa çalışırlar.
 
Dünən axşam baş tutan çalışma ənənvi olaraq leysanla müşayət olunub. 90 dəqiqə məşq edən heyət üzvləri fiziki yüklənmələrə məruz qalsalar da, sona qədər mübarizə aparıblar. Məşqin sonunda 2 toxunuşla futbol baş tutub. 2 gün bundan öncə cavanlar sonda baş məşqçi Qurban Qurbanovun köməyilə qələbə qazanmışdılarsa, bu dəfə təcrübəlilərin intiqamı ağır olub.

Bu günə isə komandanın tək məşqi olub. Kollektiv üzvləri buna 100 dəqiqə vaxt sərf ediblər. Öncə leysan altında 2 qrupda kvadrat oynayan komanda ardınca sürətləndirici hərəkətlər yerinə yetirib.  Məşqin sonunda isə 3 dəfə top saxlama çalışması yerinə yetirilib.

Sabaha "Qarabağ"ın 2 məşqi nəzərdə tutulub.

Daha çox


Son xəbərlər