Rusiyanın məşhur futbol teleşərhçisi Vasili Utkinin sports.ru saytında virtual konfrans zamanı ermənilərlə mübahisəsi düşüb.
Qol.Az-ın məlumatına görə, Azərbaycan mətbəxinin tərkib hissəsi olan dolma haqda bəzi təxribatçı suallardan sonra Utkin ermənilərə sərt cavab vermək məcburiyyətində qalıb.
Həmin virtual konfransda Utkinin ermənilərlə dialoqunu təqdim edirik:
«avd» adlı istifadəçinin sualı:
1. Ermənistanda olmusunuz?
2. Dolmanı bəyənirsiniz?
Utkinin cavabları:
1. Yox.
2. Onun Azərbaycan dolmasından fərqi nədədir?
«grisha» adlı istifadəçi:
Salam, Vasili. Erməni dolmasının Azərbaycan dolmasından fərqi ondadır ki, ermənilər dolma yedikdən min il sonra azərbaycanlılar dünyaya gəliblər.
Utkinin cavabı:
Bilirsiniz, mən heç vaxt minillik dolma yeməmişəm. Əgər erməni dolması həqiqətən də belədirsə, çətin ki, onu bəyənəm. Mən dəfələrlə təzə dolma yemişəm - amma ancaq azərbaycanlıların məkanlarında. Buna görə soruşdum ki, o dolma nə ilə fərqlənir? İzaş etdiyinizə görə təşəkkür. Əgər fərq bundadırsa, qorxuram ki, erməni dolması yeməli olmasın...
«avd» adlı istifadəçi:
XVII əsrdən başlayaraq ta XIX əsrə qədər Ermənistan Türkiyə və İran arasında bölünüb. Bu müddətdə Ermənistanın insani və maddi resursları tükənməyə doğru gedib, amma onun mədəniyyəti dəyişməyib, erməni mətbəxi «ölməyib». Əksinə, ermənilər türk səlcuqlarının mətbəxinə öz töhfələrini veriblər. Ona görə də əsl erməni xörəkləri sonradan Avropada türk mətbəxi kimi tanınmağa başlayıb (məsələn, dolma).
Hesab eləməyin ki, özümü ağıllı göstərirəm. Bu faydalı informasiyanı ona görə verdim ki, dolmanın bizimki olduğunu biləsiniz.
Utkinin cavabı:
Bütün bunların bu konfransdakı söhbətə nə dəxli var? Əgər sən pelmeni (rusların xəmir yeməyi - red.) yeməyə üstünlük verirsənsə və o keyfiyyətlidirsə, onun mənşəyin söhbətə nə aidiyyatı?
O məntiqlə pelmenin tarixini araşdırsaq, o, qədim Çin mətbəxidir... Bəs sizin fikrinizcə?
Ona görə də, gedin, tullanın öz tarixi araşdırmalarınızın dalınca ki, nə dadlıdır və nə haradan gəlib?
Məndən soruşdular ki, erməni mətbəxini sevirsən? Mən həyatımda heç vaxt menyuda «erməni dolması» yazılan xörəyi yeməmişəm.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı