Şefer Polşa komandasına rəhbərlik edə bilər

Şefer Polşa komandasına rəhbərlik edə bilər
ÖLKƏ FUTBOLU 11 İyun 2011 / 01:04 2088
-  A +

Qışda "Bakı" klubunun baş məşqçi postundan kənarlaşdırılan Vinfrid Şefer Polşanın "Belxatov" komandasına rəhbərlik edə bilər. Qol.AZ-ın məlumatına görə, bu barədə "Belxatov"un rəsmi saytı xəbər yayıb.

Klub prezidenti Martsin Şimçik bildirib ki, Şefer onlara bir menecer şirkəti tərəfindən təklif olunub. Lakin o, hələlik qərar vermədiklərini açıqlayıb: "Mən yerli və ya əcnəbi baş məşqçiyə üstünlük verəcəyimizi deyə bilmərəm. Biz gözlədiyimiz nəticələri verə bilən mütəxəssis axtarırıq. Hər şey yaxın günlərdə həllini tapmalıdır". 

Qeyd edək ki, "Belxatov" ötən mövsüm Polşa çempionatını 10-cu pillədə başa vurub. Bu mövqe klub rəhbərliyini qane etməyib. Nəticədə Matsey Bartoşek istefaya göndərilib. Vinfrid Şefer isə "Bakı"ya 2010-cu ilin iyulundan 2011-ci ilin yanvarınadək rəhbərlik edib. Onun fəaliyyəti paytaxt klubunu qane etmədiyindən, istefaya göndərilib.  

Daha çox


Son xəbərlər