Vaqif Sadıqovun komandası liderliyə yüksəldi

Vaqif Sadıqovun komandası liderliyə yüksəldi
ÖLKƏ FUTBOLU 10 İyun 2011 / 22:53 2385
-  A +

Azərbaycanlı mütəxəssis Vaqif Sadıqovun məşqçi kimi çalışdığı "Anji" klubu Rusiya Premyer Liqasında liderliyə yüksəlib. Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi 12-ci turda Nalçikin "Spartak" komandasını məğlub edib.

"Dinamo" stadionunda keçirilmiş görüşdə meydan sahiblərinin qollarını Roberto Karlos və Yan Qolenda vurub. Bununla da 6-cı qələbəsini qazanan "Anji" xallarının sayını 22-yə çatdırıb. Hacı Hacıyevin komandası 1-ci pilləyə yüksəlib. Lakin 19 xalla növbəti pillələrdə olan komandalardan MOİK-in ehtiyatda 2, "Dinamo" və "Zenit"in bir oyunu var.  

Daha çox


Son xəbərlər