AFFA milli komandanın baş məşqçisi Berti Foqtsun işindən razıdır. Qol.Az saytının xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında assosiasiyanın prezidenti Rövnəq Abdullayev deyib.
İyunun 3-də Astanada Qazaxıstana 1:2 hesabı ilə məğlub olduğumuz oyuna toxunan Abdullayev bildirib ki, millimizi həmin gün qələbə qazanması üçün hər cür şərait yaradılmışdı: “Qazaxıstanla oyunda bütün azarkeşlər kimi, mən də pərişan idim. Bizim qələbə qazanmağa imkanımız var idi. Amma bu, futboldur. Futbolun da öz qanunları var. Nəzər almalıyıq ki, bizim komandanın səfər oyunlarında qələbəsi çox olmayıb. Futbolçularımızın səfərdə oyunları alınmır”.
2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Almaniya millisinə uduzduğumuz (3:1) matça gəlincə, AFFA prezidenti həmin qarşılaşmadan narazı qalmadığını bildirib: “Almaniya ilə oyuna gəlincə, mən komandadan narazı deyiləm. Heç olmasa, mübarizə apardılar. Heç kim məğlubiyyətdən sığortalanmayıb. Amma mübarizəsiz uduzmaq başqa şeydir”.
Assosiasiya başçısı, həmçinin bildirib ki, milli komandanın baş məşqçisi Berti Foqtsun işindən razıdır: “Mən onun işindən razıyam. Onun milli komandada gördüyü işlər göz qabağındadır. 3-4 il bundan əvvəl futbolçularımız heç 45 dəqiqə mübarizə apara bilmirdilər, bunlar yadınızdan çıxıb? Amma indi Almaniya kimi yığmanın qarşısında sonacan mübarizə apardılar”.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı