AZAL klubunun transferə çıxardığı yarımmüdafiəçi Elvin Əliyevin Qol.Az saytına müsahibəsi
- AZAL-da uğurlu çıxış etməyinə baxmayaraq, komanda səninlə yolları ayırdı. Transferə çıxarılmağına səbəb nə idi ?
- Bu sualı klubun rəhbərliyinə versəniz daha doğru olar. Qoy, onlar özləri desin ki, nəyə görə kluba maksimum güc sərf etmiş, komandasının uğuru üçün dəridən-qabıqdan çıxan bir futbolçu transferə çıxarılıb.
- Hər halda, yəqin ki, özün bunun səbəbini yaxşı bilirsən.
- Klubla danışıqlarımız oldu, bu müzakirədən sonra rəhbərlik komandadan ayrılmağımı istədi. AZAL mənim üçün doğma bir kluba çevrilmişdi. Özümü orada çox yaxşı hiss edirdim. İndi neynəyək, belə alındı. Bu da qalsın onların öz insafına ki, məni heç nədən transferə çıxartdılar.
- Ola bilərmi ki, maddi məsələlərə görə bu addımı atıblar?
- Ola bilər. Mən də belə düşünürəm. Ancaq ən doğrusunu onlar bilir.
- Baş məşqçi Nazim Süleymanovla aranızda problem olduğu söylənilir. Bu, doğrudur?
- Bu, həqiqətəuyğun deyil. Biz Nazim müəllimlə çoxdanın dostuyuq. “Bakı” klubunda da bir yerdə işləmişik, onunla münasibətim çox əladır. Əgər hətta futbolçuyla məşqçi arasında nəsə olursa da, bunu şişirtmək düzgün deyil.
- Hansı klublardan təkliflər almısan?
- Bir neçə təklif var. Hələlik danışıqlar gedir. Yəqin ki, yaxın zamanlarda hansı klubun formasını geyinəcəyimə aydınlıq gələcək. Mənimlə maraqlanan komandalardan biri də Tovuzun “Turan” klubudur. Çalışacağam ki, ürəyimcə olan bir komandanı seçim.
- Sənin daha çox sabiq klubun “Bakı”ya qayıdacağın bildirilir.
- Danışıqlar gedir, mən də çox istərdim ki, yenidən «Bakı»nın formasını geyinim. Özünüz də bilirsiniz ki, transfer işləri bəzən uzun vaxt aparır. Müəyyən çətinliklərlə üzləşirsən. Həm də mənim AZAL-la hələ müqaviləm bitməyib, bu da transferin tez gerçəkləşməsini əngəlləyə bilər. Ancaq inanmıram ki, klub rəhbərliyi mənim hansısa komandaya keçidimi ləngitsin. Çünki klubdan ayrılmağıma onlar qərar veriblər
- Normal çıxış etsən də, Berti Foqts səni yenə də yığmaya çağırmadı.
- Mən “Bakı”, eləcə də AZAL-da ancaq yüksək yerlər uğrunda mübarizə aparmışam. Amma nədənsə Foqts məni milliyə çağırmaqda maraqlı olmadı. Hansısa klubun heyətində cəmi iki dəfə meydana çıxmağa macal tapmayan futbolçuya yığmada oynamaq şansı verir, ancaq mənim kimi bütün mövsümü meydanda olaraq yaxşı çıxış edən oyunçunu çağırmır. Bu, bir daha onu göstərir ki, Berti Foqts komandanı şəxsi prinsipləri əsasında qurur.
- Foqtsla aranızda nə kimi problem olub?
- Aramızda şəxsi heç bir problem olmayıb. Mən onun rəhbərliyi altında millinin heyətində üç oyun keçirmişəm.Toplantılarda da bir yerdə olmuşuq. Sonra mənə dəvət göndərmədi, vəssalam.
- Ümumiyyətlə, yığmamızın Almaniya və Qazaxıstana qarşı keçirdiyi son iki görüş haqda nə deyə bilərsən?
- Astanadakı oyundan hamımız qələbə gözləyirdik, buna haqqımız çatırdı. Çünki ümumi götürəndə bizim millimiz onlardan birbaş üstün idi. Ancaq özlərini rahat qələbə qazanacaqlarına çox inandırdıqları üçün sonda məğlubiyyətlə üzləşdilər. İkinci qoldan sonra komanda ümumiyyətlə oyununu itirərək məğlubiyyətdən yaxa qurtara bilmədi. Almaniyaya gəlincə, bu komandayla oyuna artıq şərhə ehtiyac yoxdur. Hər kəs bilir onlar hansı səviyyədədirlər. Lakin buna baxmayaraq, uşaqlar əlindən gələni etdilər. Hətta qol da vurmağı bacardılar ki, bu da müsbət haldır. Əvvəllər yadınıza gəlirsə, millimiz səfərdə və ya ev oynlarında qol vurmaq üzünə həsrət qalırdı. Ancaq indi vuran ayaqlar «açılmağa» başlayıb, bu da çox sevindirici haldı.
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı