Hazırda İngiltərədə olan "Qəbələ" klubunun baş məşqçisi Toni Adams yenidən diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına müsahibə verən Adams komandası və Azərbaycandakı təəssüratları haqda danışıb:
"Təxminən bir aydır vətənimdəyəm. Ailəm və dostlarım üçün çox darıxmışdım. "Qəbələ"dəki işlərim də yaxşı gedir. Son mövsüm komanda ilə uğur qazana bilmədim. Lakin gələn mövsüm çempion olmaqla Çempionlar Liqasında çıxış etmək istəyirik. Təsnifat mərhələsində "Arsenal"la da qarşılaşa bilərdik. Ancaq onlar mübarizəyə pley-off mərhələsindən qoşulacaqları üçün bu, bir qədər inandırıcı görünmür.
Qəbələdə mənim hər şeyim var. Orada olan gözəl gülləri iyləməkdən də həzz alıram. Ümumiyyətlə Azərbaycanda həyat çox maraqlıdır. Orada küçədən inəyin keçməsi də böyük maraq doğurur. Azərbaycanlılar çox emosionaldırlar. Elə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransında üzləşdiyi aqibət də bunun əyani göstəricisidir. Ancaq mən bu barədə danışmaq istəmirəm.
Bununla belə, azərilər öz mədəniyyətlərinə böyük hörmət bəsləyirlər. Hər cümə axşamı PAB-a gedərkən onlar məni özlərindən qabaq içəri buraxırlar ki, bu da onların mədəniyyətlərindən irəli gəlir. Qəbələdə hər kəs məni "böyük boss" deyə çağırır.
Təbii ki, bu da mənim xoşuma gəlir. İngiltərəyə qayıdacağıma gəldikdə isə, yenə deyirəm mən "Arsenal"dan başqa heç bir klubda işləmərəm. Çünki, mən Azərbaycana getdikdən sonra təxminən 50-yə yaxın məşqçi İngiltərədə istefaya göndərilib".
Son 16 mövsümündə ilk
2-ci liqada 3 oyun
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı