Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı

Baş məşqçinin oğlu ilə müqavilə 4 illik uzadıldı
DÜNYA FUTBOLU 15 Yanvar 2026 / 22:14 488
-  A +

"Atletiko" gənc hücumçusu Culiano Simeoneni uzun müddətə heyətində saxlamağa qərar verib.

QOL.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə 2030-cu ilə qədər yeni sözləşmə imzalanıb. Oyunçunun müqaviləsindəki sərbəstqalma məbləği isə 500 milyon avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, Culiano 2019-cu ildən "Atletiko"nun heyətində çıxış edir. Baş məşqçi Dieqo Simeonenin oğlu İspaniya La Liqasının cari mövsümündə 18 matçda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard həmçinin Çempionlar Liqasının liqa mərhələsində 6 oyunda iştirak edib və rəqib qapısına 1 dəfə yol tapıb.


Son xəbərlər