Qurban Qurbanov Türkiyədə futbol oynadı

Qurban Qurbanov Türkiyədə futbol oynadı
ÖLKƏ FUTBOLU 9 İyun 2011 / 23:56 2582
-  A +

"Qarabağ" klubu 2010-2011-ci il mövsümünün ilk təlim-məşq topanışına başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 3 həftə sonra Avropa Liqasının I mərhələsinin ilk oyununa çıxacaq Qurban Qurbanovun komandası Bakıdakı 3 günlük məşqdən sonra Türkiyəyə yola düşüb.

Hazırlıq prosesi Ankaradan 80 km aralıda yerləşən Qızılcahamam bölgəsində keçirilir. Komanda üzvləri 5 ulduzlu "Patalya" otelində məskunlaşıb.

Məlum səbəblərdən "Qarabağ" təlim-məşq toplanışına cəmi 12 futbolçu ilə yollanıb. Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, Nderim Nedzipi, Namiq Yusifov, İlqar Qurbanov, Qara Qarayevlə yanaşı, icarədən geri dönən Osman Umarov, Tural İsgəndərov, Murad Səttarlı və əvəzedici heyətdən Elgiz Kərəmli ilə Kamil Hüseynov toplanışda ilk gündən iştirak edən futbolçulardır. Millilərin düşərgələrində olmaları səbəbindən 11 futbolçu bir gün gec düşərgəyə qoşulacaq. Andrey Rubins, Ansi Aqolli və Admir Teli iyunun 12-də, Fərhad Vəliyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Maksim Medvedev, Vüqar Nadirov, Rauf Əliyevlə yanaşı Georgi Adamiya isə iyunun 13-də kollektivlə birgə olacaq.

Bu gün "Qarabağ"ın bir məşqi baş tutub. Yerli vaxtla saat 17:00-da Ağdam komandası məşqə çıxıb. Baş məşqçi Qurban Qurbanovun qısa nitqindən sonra futbolçular çalışmaya başlayıblar. Daha çox gücləndirici hərəkətlərə üstünlük verildiyi məşqin sonunda gənclər və təcrübəlilər 2 qrupa bölünərək 2 toxunuşla futbol oynayıblar. İlk yarıda Bojan Pavloviç, Emin İmaməliyev, Zaur Həşimov, İlqar Qurbanov, Nedzipinin komandası 4:0 öndə olsa da, ikinci hissədə "qoca"ların heyətində məşqçi Elçin Rəhmanov, gənclərdən isə Qurban Qurbanovun oyuna daxil olması vəziyyəti köklü sürətdə dəyişib. Belə də, baş məşqçinin olduğu komanda 1 top fərqi ilə qələbə qazanıb.
 
Sabaha "Qarabağ"ın iki məşqi nəzərdə tutulub. 

Daha çox


Son xəbərlər