Yoahim Löv: "Azərbaycan yığması can-başla oynadı"

ÖLKƏ FUTBOLU 8 İyun 2011 / 01:01 2816
-  A +

"Oyunun ağır keçəcəyini bilirdim. Çünki futbolçularım yorğun idilər. Bununla belə, bu ilki son 3 oyunda 9 xal qazanmağı bacardıq". Qol.Az-ın məlumatına görə, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Azərbaycan millisi üzərində 3:1 hesablı səfər qələbəsindən sonra deyib.

Löv heyətdəki zədəli futbolçuları əvəzləyən gənclərin özlərini doğrultduqlarını söyləyib: "Zədəli oyunçularım vardı. Onları əvəzləyən gənclər özlərini doğrultdular. Bu cür oyundan sonra futbolçulara istirahət verəcəyik. Gənc futbolçular öz üzərlərində çox işləməlidirlər. Gələcəkdə bəzi yeni oyunçulara şans vermək fikrindəyik". 

51 yaşlı mütəxəssis əvvəlki oyunlarına nəzərən zəif təsir bağışlamaları ilə razılaşıb. Lakin o, zəif çıxışı futbolçularının yorğunluğu ilə əlaqələndirib: "Azərbaycan isə can-başla oynadı. Hiss olunurdu ki, onlar da uğur qazanmaq istəyirdi. Rəqibin heyətində 9 nömrəli oyunçunu (Murad Hüseynovu - red.) bəyəndim". 

  

Daha çox


Son xəbərlər