"Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur. Amma Kadi kimi oyunçuların olması üstünlükdür".
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 15-ci turunda “Araz-Naxçıvan” üzərində qazanılan qələbəni (5:1) şərh edərkən deyib. Mütəxəssis qələbənin vacib olduğunu, rəqibin topla yaxşı davranmasına baxmayaraq futbolçularının intizamlı oyun nümayiş etdirdiyini və yaxşı qollar vurduqlarını bildirib.
O, Marko Yankoviçin yoxluğunu rotasiya ilə izah edib:
"Yankoviçə istirahət vermişdik. Əvvəlki matç son vaxtların ən sürətli oyunu idi, ona görə xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq".
Baş məşqçi növbəti turda qarşılaşacaqları "Sabah" barədə danışarkən rəqibin oyundan-oyuna daha təhlükəli olduğunu və yaxşı kollektiv formalaşdırdığını vurğulayıb:
"Açığı, bugünkü nəticələr “Sabah”ın oyun keyfiyyəti ilə birbaşa bağlıdır. Bu komanda oyundan-oyuna daha qabiliyyətli və daha təhlükəli təsir bağışlayır. Yaxşı kollektiv formalaşıb, oyun intizamı yüksək səviyyədədir. Qarşıda bizi çox ciddi rəqib gözləyir. Bu gün və sabah futbolçulara istirahət verəcəyik, çünki istər-istəməz yorğunluq özünü göstərir. Rəqibi hələ detallı şəkildə analiz etməmişik, lakin oyunlarını izləmişik. Xüsusilə “Neftçi” və “Turan Tovuz”la keçirdikləri görüşlərə baxmışıq".
Qurban Qurbanov zədəli Kadinin yoxluğunun komandaya təsiri və onun mövqeyindəki problemlərlə bağlı məsələyə isə belə aydınlıq gətirib:
"Bəlli məsələdir ki, Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynadanda digər sıxıntılarımız da olur. Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur, amma Kadi kimi qabiliyyətli oyunçuların meydanda olması üstünlükdür. Futbolçularım sağ olsunlar, nəticə üçün əllərindən gələni edirlər".
Baş məşqçi son olaraq Qadın və Uşaq Sığınacağında "Qarabağ"ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla da görüşəcəyini bildirib.
"Baş məşqçi olmaq istəməzdim"
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirdi
Almaniyalı hücumçu MLS klubunda
Sabiq klubu Qurban Qurbanovu təbrik etdi
Matçda dava düşdü, iki klub da cəzalandırıldı
Haaland, Rays, Fernandeş...
Avrokubokla vidalaşan klub baş məşqçisini göndərir?
"Qarabağ"a qol vuran futbolçu ÇL-də rəmzi komandaya düşdü
"Kayrat" aparıcı oyunçusu ilə sağollaşdı
A Seriyası futbolçusu "Beşiktaş"a keçir
Reşford Messini geridə qoydu
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Şahruddindən maraqlı paylaşım - Şəkil
Baş məqçi 5 oyunluq cəzalandırıldı
"Kristal Palas"dan hücumçuya 52 milyonluq təklif var
ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
FCSB - "Fənərbaxça" oyunu bu kanallarda
"Qarabağ"ın oyununa görə İngiltərəyə getdi
Van Deykdən "Qarabağ"la oyunda tarixi uğur
"Aston Villa"dan "Beşiktaş"a keçdi
Mourinyo Arbeloadan üzr istədi
Xviça Kvaratsxeliya ağır zədə alıb
Sabiq "Bakı"lı Hindistan klubunda
"Qəbələ"nin sabiq futbolçusu "Mingəçevir"də
AFFA bu klubları cərimələdi
Misli Premyer Liqasında 18-ci turun hakimləri açıqlandı
“Qarabağ”la oynamaq daha yaxşıdır” - Luis Enrike
Gecənin qəhrəmanı danışdı - “Etdiyim dəlilik idi”
Kevin Medina ÇL-də “üçlüyə” düşdü
Levandovski Messinin tarixi rekordunu təkrarladı
Boks üzrə Azərbaycan çempionatına yekun vuruldu
Azərbaycanın reytinq xalının 80,6 faizini “Qarabağ” qazanıb!
Azərbaycan UEFA reytinqində yüksəldi
"Dördüncü qol biabırçılıqdır" - Mbappe
"Mançester Siti" - "Qalatasaray" matçından - Video
"Liverpul" - "Qarabağ" oyunundan - Video
"PSJ-yə qarşı oynamaq istərdim" - Zubir