Azərbaycan yığması rəsmən beşinci səbətdə

Azərbaycan yığması rəsmən beşinci səbətdə
ÖLKƏ FUTBOLU 7 İyun 2011 / 01:32 3001
-  A +

UEFA Avropa ölkələrinin milli komandalarının 2014-cü il dünya çempionatının seçmə mərhələsi üçün bölgüsünü açıqlayıb. Qol.Az-ın məlumatına görə, Azərbaycan yığması Avstriya, Estoniya, Latviya, Finlandiya, Makedoniya, Moldova, Kipr və Uelslə birgə 5-ci səbətə düşüb.

Bu isə o deməkdir ki, komandamız bu komandaların heç biri ilə qrup rəqibi ola bilməz. Digər səbətlərin tərkibi:

1. İspaniya, Hollandiya, Almaniya, İngiltərə, Portuqaliya, İtaliya, Xorvatiya, Norveç, Yunanıstan

3. Türkiyə, Çexiya, İsrail, İrlandiya, Ukrayna, Belçika, Rumıniya, Bosniya və Herseqovina, Bolqarıstan

4. Litva, Albaniya, Macarıstan, Belarus, Gürcüstan, Ermənistan, Şimali İrlandiya, Şotlandiya, Polşa

6. İslandiya, Lüksemburq, Farer adaları, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino. 

Qrup qalibləri birbaşa dünya çempionatının final mərhələsinə yüksələcəklər. İkinci yeri tutmuş 8 yığma isə "pley-off" matçlarında daha 4 vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Final mərhələsinin püşkü iyulun 30-da olacaq. Dünya çempionatı Braziliyada keçiriləcək.  

Daha çox


Son xəbərlər