Fatih Terim Bakıya gəlmədi

Fatih Terim Bakıya gəlmədi
ÖLKƏ FUTBOLU 6 İyun 2011 / 23:36 2530
-  A +

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin Azərbaycan futbolunun 100 illik yubiley mərasimi ilə əlaqədar Bakıya nəzərdə tutulan sƏfəri baş tutmayıb. Qol.Az-ın məlumatına görə, 58 yaşlı mütəxəssis hazırda "Buta Palace"də keçirilən tədbirdə iştirak etmir.

Onun gəlməməsinin konkret səbəbi məlum olmasa da, müxtəlif versiyalar mövcuddur. Bunlardan ən əsası, Terimin yenicə baş məşqçi təyin olunduğu "Qalatasaray"ın formalaşdırılması istiqamətində fəaliyyəti ilə bağlı ola bilər. Amma şəxsi məsələlərdən səfərin baş tutmaması da istisna deyil.

Qeyd edək ki, Fatih Terimin yubiley mərasimində iştirak edəcəyi barədə ilk xəbəri AFFA-nın rəsmi saytı yayıb. Sonradan Terimin özü Türkiyə mətbuatına açıqlamasında "Azərbaycana yollanacağam, çünki onlara söz vermişəm" deyib.

Daha çox


Son xəbərlər