"Şamaxı" və "Sabah" 1/4 finalda, "Qarabağ" "Karvan-Yevlax"a qarşı - Yenilənir

"Şamaxı" və "Sabah" 1/4 finalda, "Qarabağ" "Karvan-Yevlax"a qarşı - Yenilənir
ÖLKƏ FUTBOLU 3 Dekabr 2025 / 16:37 4612
-  A +

Azərbaycan kubokunda 1/8 final mərhələsi davam edir.

QOL.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 3 oyundan 2-si başa çatıb.

"Şamaxı" evdə "Bakı Sportinq"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Ayxan Abbasovun komandası 1/4 finalda "Qarabağ" - "Karvan-Yevlax" matçının üstün olan tərəfi ilə qarşılaşacaq. 

Həmçinin kubokun son sahibi "Sabah" "İmişli"nin qonağı olub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda isə "Sabah" daha 1 qol vuraraq 1/4 finala yüksəlib. Komanda növbəti mərhələdə “Qəbələ" - "Şəfa" cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Günün son matçında  "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edəcək.

Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir. Ötən gün "Turan Tovuz" və "Zirə" 1/4 finala adlayıblar.

Əlavə edək ki, bu mərhələdə yalnız Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunur.

Azərbaycan kuboku

1/8 final

3 dekabr

14:00. "Şamaxı" – "Bakı Sportinq" - 1:0 

Qol: Abdullahi Şuaybu, 69

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

Şamaxı şəhər stadionu

14:00. "İmişli" – "Sabah" - 1:2 

Qollar: Coy-Lens Mikels, 59 (0:1), İbrahim Əliyev, 89-pen. (1:1), Kahim Parris, 96 (1:2)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Vüqar Həsənli.

Quba OİK stadionu

19:00. "Qarabağ" – "Karvan-Yevlax"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.

VAR: Rəşad Əhmədov.

AVAR: Emin Əliyev.

"Azərsun Arena"

4 dekabr

15:00. "Qəbələ" - "Şəfa"

19:00. "Araz-Naxçıvan" - "Kəpəz"

19:00. "Difai" - "Sumqayıt"

2 dekabr

"Zirə" - "Neftçi" - 1:0 

"Şahdağ Qusar" - "Turan Tovuz" - 1:2

1/4 finalda qarşılaşacaqlar:

“Turan Tovuz” / “Araz-Naxçıvan" - "Kəpəz" cütünün qalibi

“Zirə"  / “Difai" - "Sumqayıt" cütünün qalibi

“Şamaxı" / “Qarabağ" - "Karvan-Yevlax" cütünün qalibi

"Sabah" /“Qəbələ" - "Şəfa" cütünün qalibi

Daha çox


Son xəbərlər