Xəbər verdiyimiz kimi, dünən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun keçirdiyi mətbuat konfrasından əvvəl bir qrup jurnalist etiraz aksiyası təşkil edib.
Onlar əllərindəki aftafa və tualet kağızını Foqtsa təqdim etmək istəyiblər. Lakin futbol federasiyanın təmsilçiləri buna müdaxilə ediblər.
Azərbaycanlı jurnalistlərin bu aksiyası bir sıra ölkələrin, o cümlədən Almaniya mətbuatında səs-küyə səbəb olub.
Aksiyanın təşkilatçılarından olan fanat.az saytının redaktoru Əli Sahib Qol.Az-ın müxbiri ilə söhbətində etirazlarının Berti Foqtsun yarıtmaz fəaliyyəti ilə bağlı olduğunu deyib: «Bu, bizim Foqtsun indiyə qədər Azərbaycanda çalışdığı dövrdəki işinə verdiyimiz qiymət idi».
Əli Sahib Foqtsa niyə məhz afta və tualet kağızı verilməsinə də toxunub: «Bu, Foqtsun 2014-cü ildə Azərbaycan yığması ilə dünya çempionu olmaq istəməsinə dair verdiyi açıqlamayla əlaqədardır. O, bununla Azərbaycanı və futbolumuzu ələ salıb. Məhz buna görə də almaniyalı məşqçiyə layiq olduğu mükafatı təqdim etdik. Kim olursan ol, fikir yürüdəndə gərək real danışasan. Tualet kağızına gəlincə, Foqtsun millidə göstərdiyi «xidmət» xalq tərəfindən narazılığa səbəb olub. Telekanal qarşısında oturub millimizin oyununu izləyənlər, ifadəmə görə üzr istəyirəm, kimisi tüpürür, kimisi təhqir edir. Biz də xalqın tüpürcəyindən üzünü təmizləmək üçün tualet kağızını Foqtsa təqdim etdik. Bunların altı mənası sadəcə budur».
Əli Sahib Berti Foqtsun onun üzərinə basqın etmələri barədə iddiasına münasibət bildirib: «Bunlar onun xalqın qəzəbindən qorumaq üçün atdığı iftiradır. Hətta Almaniyanın “Bild” nəşrinə verdiyi açıqlamada bildirib ki, güya ona hücum etmişik. Bunlar yalandır. Biz aksiyamızı sivil qaydalara uyğun həyata keçirmişik. Bunu orada olan digər mətbuat işçiləri də təsdiqləyə bilər. Biz bu aksiya ilə təkcə Foqtsa deyil , onu Azərbaycana gətirənlərə və dəstək olanlara da etirazımızı bildirdik».
Son 16 mövsümündə ilk
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir