Prezident İlham Əliyev FİFA və UEFA prezidentlərini qəbul edib

Prezident İlham Əliyev FİFA və UEFA prezidentlərini qəbul edib
ÖLKƏ FUTBOLU 5 İyun 2011 / 23:37 2123
-  A +

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də FİFA-nın prezidenti Yozef Blatteri və UEFA prezidenti Mişel Platinini qəbul edib. Qol.Az-ın məlumatına görə, dövlət başçısı Blatteri növbəti dəfə FİFA prezidenti seçilməsi münasibətilə təbrik edib və bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev Blatteri dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA-nın prezidenti seçilməsinə toxunaraq bunu onun rəhbərliyi ilə FİFA-nın səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Dövlət başçısı Blatterlə Bakıda və Surixdə keçirdiyi görüşləri xatırlayıb. Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Blatterə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirib.
 
FİFA-nın prezidenti ölkəmizə yenidən səfər etməsindən və Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizə dəvət olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Yozef Blatter və Mişel Platini Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim ediblər.

Son xəbərlər