Berti Foqtsa tualet kağızı və aftafa sürprizi

Berti Foqtsa tualet kağızı və aftafa sürprizi
ÖLKƏ FUTBOLU 5 İyun 2011 / 23:56 3338
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts yığmamızın zəif çıxışı qarşılığında jurnalistlərin tualet kağızı rulonuna layiq görülüb. Qol.Az-ın məlumatına görə, bir qrup həmkarımız millimizin Qazaxıstana 1:2 hesablı məğlubiyyətindən doğan hisslərini belə ifadə edib. 

Tualet kağızı rulonu ilə yanaşı, bir bardaq su da Foqtsa uzadılıb. Almaniyalı mütəxəssis vəkilləri ilə müzakirələrdən sonra bu olaya reaksiya verəcəyini bildirib. O, Almaniyanın "SİD" agentliyinə müsahibəsində deyib: "AFFA prezidenti ilə dostluğum olmasaydı, çoxdan getmişdim. Burada olduğum müddətdə çox şey yaşadım. Amma baş verən son olayı təsvir etməyə sözüm yoxdur". 

Qeyd edək ki, Berti Foqts Almaniya yığmasını 1996-cı ildə Avropa çempionluğuna qovuşdurub. Lakin sonradan onun "Bayer" klubu, eləcə də Küveyt, Şotlandiya və Nigeriya yığmalarındakı işi uğursuz alınıb. Foqts millimizə 2008-ci ildən rəhbərlik edir.       

 

Son xəbərlər