AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat aldı

AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat aldı
ÖLKƏ FUTBOLU 25 Noyabr 2025 / 16:10 275
-  A +

AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere UEFA-dan növbəti dəfə təyinat alıb.

QOL.az xəbər verir ki, belçikalı komitə sədri Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunda keçiriləcək “Siqma” (Çexiya) - “Selye” (Sloveniya) oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Daha çox


Son xəbərlər